Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qeyri-adi müalicəvi sarğı hazırlanıb
06.04.2018 15:29
  • A-
  • A
  • A+

Qeyri-adi müalicəvi sarğı hazırlanıb

Amerika alimləri yaraların sürətli sağalmasına imkan verən sarğı hazırlayıblar. Onun yaradılması üçün dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub.

Hərbi əməliyyatlar zamanı yaraların vaxtında sarılması böyük əhəmiyyət kəsb edir. Çünki yaranın infeksiyaya yoluxma ehtimalı çox yüksəkdir, həkimi gözləməyə isə vaxt olmur. Bu problemi həll etmək üçün Texas Aqrar-Texniki Universitetinin alimləri yaranı sağaldan inyeksiya sarğısı üçün material yaradıblar.

hi-tech.mail.ru saytının məlumatına görə, gil hissəcikləri və xüsusi maddədən inyeksiya zamanı yaranı dolduran gel əmələ gəlir. Onun vasitəsilə bakteriyaların yaraya girişi bağlanır, yayılmış hissəciklər yaranın sağalmasına imkan yaradaraq zülalın absorbsiyası mərkəzləri rolunu oynayırlar.

  • Paylaş: