Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qeyri-dövlət pensiya təminatı” adlı kitab işıq üzü görüb
06.04.2018 10:47
  • A-
  • A
  • A+

“Qeyri-dövlət pensiya təminatı” adlı kitab işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov, iqtisad üzrə fəlsəfə doktorları - Rəsmiyyə Abdullayeva, Cəlil Quliyev, Yalçın Əzizov və Tanrıverdi Paşanın həmmüəllifi olduğu “Qeyri-dövlət pensiya təminatı” adlı kitab çapdan çıxıb.

Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Şahbaz Muradov və A.Muradovdur.

Kitab İqtisadiyyat İnstitutu tərəfindən həyata keçirilən "Pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsində qeyri-dövlət pensiya təminatının rolunun təhlil olunması və artırılmasına dair təklif və tövsiyələrin hazırlanması" tədqiqat layihəsi çərçivəsində işıq üzü görüb.

Vəsait bu sahədə təhsil alan ali məktəb tələbələri və müəllimləri, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: