www.science.az
06.04.2018 09:49

“Qısa İslam ensiklopediyası” nəşr olunub

“İslam Həmrəyliyi İli” ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası” hazırlanaraq çap olunub.

Nəşrin redaksiya heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa HəbibbəyliVasim MəmmədəliyevGövhər Baxşəliyeva və digər mütəxəssislər daxildirlər.

Ensiklopediyanın hazırlanmasında əsas məqsəd milli-mənəvi dəyərlərimizin, əsrlərdir ölkəmizdə formalaşan və xalqın həyat tərzinə çevrilən tolerant və multikultural mühitin qorunması, dini radikalizmin, ekstremizmin, ayrı-seçkiliyin qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi keyfiyyətlərin yüksəldilməsidir.

750-ə yaxın məqalədən ibarət ensiklopediyanın hazırlanmasında bir çox ölkənin təcrübəsi araşdırılıb, məqalələr yazılarkən lakoniklik, konkretlik və obyektivlik prinsipləri əsas götürülüb. Üzərində Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidinin təsvir olunduğu ensiklopediyada İslam dini, məzhəb və təriqətlər, tarixi şəxsiyyətlər, dilimizdə çox işlədilən dini terminlər və s. barədə məlumatlar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.