Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib
05.04.2018 12:26
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İ.Hacıyev çıxışında “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması ilə bağlı məlumat verib.

Bölmə sədri daha sonra konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim olunması barədə tapşırıqlar verib.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “XI əsrdə Naxçıvanda ədəbi mühit: Qətran Təbrizi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühitinin olmasından bəhs edərək, XI yüzillikdə yaşamış, ədəbi-bədii yaradıcılığı ilə məktəb yaratmış və ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz qazanmış Qətran Təbrizinin şəhərə səfərindən danışıb. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra Azərbaycan Respublika Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı layihə rəhbərləri, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri - Əbülfəz QuliyevVəli Baxşəliyev çıxış ediblər.

Tədbirdə, həmçinin bölmənin Batabat Astrofizika Rəsədxanasının müdiri, dosent Qulu Həziyev rəhbərlik etdiyi müəssisənin yeni yaradılan www.ameanbbar.nakhchivan.az veb saytı haqqında ümumi məlumat verib.

Gündəliyə çıxarılan digər məsələ bölmənin elmi-tədqiqat müəssisəsində kiçik elmi işçi vəzifəsinə keçirilən işçilərin elmi tədqiqat işlərinin vəziyyəti barəsində olub. İclasda bölmənin elmi tədqiqat müəssisələrinə yeni işə götürənlərlə bağlı elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə məlumat verib. O, 2017-ci ilin yanvar ayından bu günə qədər 40 əməkdaşın işə qəbul edildiyini onların da 13 nəfərinin kiçik elmi işçi vəzifəsinə təyin olunduğunu diqqətə çatdırıb.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: