Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Gəncə Bölməsində 31 mart soyqırımına həsr olunan "dəyirmi masa" keçirilib
02.04.2018 12:35
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində 31 mart soyqırımına həsr olunan "dəyirmi masa" keçirilib

AMEA-nın Gəncə Bölməsində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır” mövzusunda "dəyirmi masa" keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri bölmənin sədri, akademik Fuad Əliyev açaraq Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamını xatırladıb. Soyqırımın xronologiyasına nəzər salan akademik F.Əliyev bildirib ki, erməni silahlıları 1918-ci il martın 31-də bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, günahsız insanları amansızcasına qətlə yetiriblər.

Vurğulanıb ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb və həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Daha sonra bölmənin Diyarşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru, professor Həsənbala Sadıqovun “Soyqırım haqqında erməni mifləri və həqiqətləri”, tarix üzrə elmlər doktoru Elgün Aslanovun “XX əsrin əvvəllərində Azərbaycanda soyqırım hadisələrinin coğrafiyası, miqyası və xronologiyası”, institutun elmi işçisi Mətanət Əliyevanın “Azərbaycanlılara qarşı soyqırımların tarixi kökləri” və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Ceyhun İbrahimovun “31 mart tarixi faktlarda və sənədlərdə” adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: