Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərq Tərəfdaşlığı ölkələrinin HORİZON 2020 proqramı üzrə milli əlaqələndirici şəxslərinin iştirakı ilə treninq keçirilir
13.04.2014 00:00
  • A-
  • A
  • A+

Şərq Tərəfdaşlığı ölkələrinin HORİZON 2020 proqramı üzrə milli əlaqələndirici şəxslərinin iştirakı ilə treninq keçirilir

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov Belarus Respublikasında səfərdədir.

Səfərin məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin HORİZON 2020 proqramı üzrə milli əlaqələndirici şəxslərinin iştirakı ilə bu gün keçirilən treninqdə iştirak etməkdir.

Tədbirdə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov da iştirak edirlər.

Aprelin 16-dək davam edəcək tədbirdə HORİZON 2020 proqramı haqqında ümumi məlumat, proqramda iştirak qaydaları haqqında məlumatlar veriləcək, maliyə məsələlərinə dair təqdimatlar keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: