Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunun nəşrləri Dövlət Mükafatına təqdim olunacaq
01.04.2018 10:11
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun nəşrləri Dövlət Mükafatına təqdim olunacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi Şurasının iclası keçirilib.

İclasda institutun alimlərinin tədqiqatlarının nəticələrini əks etdirən əsərlərin Azərbaycanın  Dövlət Mükafatına təqdim edilməsi məsələsinə baxılıb.

Tədbiri GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq “Azərbaycanda  geo elmlər”, “Azərbaycan mineralları”, “Dünya palçıq vulkanları atlası”, “Azərbaycanın filiz yataqları atlası” və “Azərbaycanın məhsuldar qatı” kitablarının müzakirəyə çıxarıldığını bildirib.

Sonra şuranın üzvü, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək GGİ-nin alimlərinin son illərdə mühüm nəticələr əldə etdiyini deyib və sözügedən nəşrlərin institut əməkdaşlarının uzun illər boyu gərgin əməyinin nəticəsi olduğunu söyləyib.

Daha sonra əsərlərin müəllifləri çıxış edərək kitabların ərsəyə gəlmə prosesindən danışıblar.

Sonda səsvermə yolu ilə nəşrlərin Azərbaycanın Dövlət Mükafatına təqdim edilməsi yekdilliklə təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: