Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mərkəzi Elmi Kitabxanada olub
30.03.2018 16:41
  • A-
  • A
  • A+

Ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mərkəzi Elmi Kitabxanada olub

Ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Səfir kitabxanada mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə yaxından tanış olub. O, İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət Kitabxanasına mütəmadi olaraq MEK tərəfindən nəşrlərin daxil edildiyini və təqdim olunan ədəbiyyatın əsasən AMEA-nın çap etdiyi elmi əsərlərdən ibarət olduğunu deyib.

Şərq ədəbiyyatı fondunda mühafizə olunan ərəb əlifbası ilə yazılmış Azərbaycan ədəbiyyatının İranda ölkəmizin tarixinin təbliği baxımından əhəmiyyətindən bəhs edən səfir MEK-in İranın aparıcı kitabxanaları ilə əlaqələrinin qurulmasında köməklik göstərəcəyini bildirib.

Daha sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova səfirliyin kitabxanasını zənginləşdirmək məqsədilə hazırlanmış kitab kolleksiyasını B.Hüseynova təqdim edib. O, Azərbaycanın xaricdəki diplomatik missiyaları tərəfindən ölkəmiz haqqında xarici dillərdə hazırlanmış ədəbiyyat ilə Milli Rəqəmsal Yaddaş bazasının zənginləşdirilməsindən, beynəlxalq kitab mübadiləsindən bəhs edib.

Sonda səfir B.Hüseynov MEK-in beynəlxalq əlaqələrinin genişləndirilməsinə, onun fondlarının, xüsusilə yeni yaradılmış Diplomatik fondunun zənginləşdirilməsinə, eləcə də Azərbaycan Milli Rəqəmsal Yaddaş layihəsinə verdiyi töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: