Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada 1918-ci il mart soyqırımına həsr olunan sərgi təşkil olunub
30.03.2018 13:32
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 1918-ci il mart soyqırımına həsr olunan sərgi təşkil olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar sərgi açılıb. Sərgi Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil edilib.

Sərgidə kitabxananın fondlarında mühafizə olunan “31 Mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlar”, “1918-ci il qırğınları; Tarixi araşdırmalar”, “Quba məzarlığı: Erməni cinayətlərinin qanlı izi”, “31 Mart Vakası”, “Erməni cinayətləri sənədlər əsasında”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Erməni terroru” və s. kimi tarixi faktları əks etdirən kitablar nümayiş olunur.

Qeyd edək ki, MEK-in fondlarında 1918-ci il mart soyqırımına aid mövcud mənbələr elektron kataloqa salınaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, kitabxananın əməkdaşları tərəfindən soyqırımla bağlı “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film də hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: