www.science.az
11.04.2014 00:00

Genetik xəstəliklərin sayının azaldılması məqsədilə tədbirlər görülür

Müasir dövrdə genetika aktiv inkişaf edən sahələrdən biridir. Bu gün dünyada tibbin inkişafı nəticəsində genetik xəstəliklərin sayının azaldılması mümkün olmuşdur. Azərbaycanın müxtəlif zonalarında yayılmış spesifik genetik xəstəliklərin analizi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə sorğular keçirilmiş və gənclərin “Sağlam Nəsil” elmi-tədqiqat mərkəzində tibbi müayinəsi təşkil olunmuşdur.

Genetik xəstəliklərin vaxtında aşkarlanmasında tibbi müayinələrin rolu böyükdür. Bunun üçün nikahdan əvvəl tibbi genetik müayinə aparıla bilər. Həmçinin bütün ölkə üzrə monitorinqlər aparılmalı, bölgələr üçün səciyyəvi olan xəstəliklərin xüsusiyyətləri müəyyən edilməlidir. Həmin rayonlarda profilaktik tədbirlərin görülməsi nəticəsində xəstə uşaqların doğulmasının qarşısını almaq mümkün olacaq.

Bu səbəbdən gənclərin bu tip müayinələrinin davamlı olaraq keçirilməsi gələcəkdə öz müsbət təsirini verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.