Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Texnologiya, mədəniyyət və beynəlxalq sabitlik üzrə beynəlxalq konfrans keçiriləcək
27.03.2018 11:23
  • A-
  • A
  • A+

Texnologiya, mədəniyyət və beynəlxalq sabitlik üzrə beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 13-dən 15-dək Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC) of Automatic Control) dəstəyi ilə Bakıda ilk dəfə Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı (TECIS-2018) keçiriləcək.

Konfransın təşkilində IFAC-ın Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS ölkəmizdən IFAC üzvlüyünə yeganə namizəd təşkilatdır.

Bakı konfransının keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir.

Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının əməkdaşları, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xarici İşlər və Təhsil nazirliklərinin nümayəndələri, eləcə də Avstriyanın QHT-ləri və ali təhsil ocaqlarının rəsmiləri iştirak edəcəklər.

Bundan əlavə, tədbir çərçivəsində İnnovasiya üzrə “Young authors award” mükafatının təsis edilməsi planlaşdırılır.

Konfransda iştirak etmək və məqalələrin təqdim edilməsi qaydaları haqqında ətraflı məlumatı www.tecis18.orgwww.tecis18.net saytlarından ədə etmək mümkündür.

Qeyd edək ki, IFAC 12 sentyabr 1957-ci ildə Parisdə təsis edilib. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. Regionda ilk dəfə olaraq belə bir mötəbər tədbir Bakı şəhərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: