Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.03.2018 08:20
  • A-
  • A
  • A+

Almaniya şirkəti ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı üzrə layihələr reallaşdırmaq niyyətindədir

Almaniya şirkəti ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı üzrə layihələr reallaşdırmaq niyyətindədir

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qax şəhərində yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Almaniyanın “Rapunzel” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor Amin Babayev və “Rapunzel” şirkətinin prezidenti Jozef Vilhelm imzalayıblar.

Dünyada ekoloji təmiz kənd təsərrüfatı hərəkatının yaradıcılarından və liderlərindən biri, Almaniyanın məşhur “Rapunzel” şirkətinin prezidenti Jozef Vilhelm martın 21-dən 23-dək Azərbaycanda işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsinin əsas prioritetlərindən biri olan “Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi” məsələsi ilə əlaqədar “Rapunzel” şirkətinin bu sahəyə göstərdiyi strateji maraqlardan irəli gəlir. Səfər zamanı J.Vilhelmi “Rapunzel” şirkətinin ekspertlər qrupu müşayiət edib.

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin əvvəlcədən hazırlayıb “Rapunzel” şirkətinin rəhbərliyinə təqdim etdiyi və razılaşdırılmış proqram çərçivəsində Qax və Zaqatala rayonlarında fəaliyyət göstərən və istehsal prosesində ekoloji təsərrüfatçılığa keçid dövrünü yaşayan fermer təsərrüfatları və emal müəssisələrində görüşlər keçirilib. Almaniya nümayəndə heyəti regionun torpaq və iqlim şəraitini, fermerlərin ekoloji istehsala meyillərini və onların işgüzarlıq qabiliyyətlərini yüksək qiymətləndirib. Qonaqlar səfərin sonunda aparılan müzakirələr zamanı bu regionda bir neçə istiqamətdə layihələr həyata keçirmək istəyində olduqlarını bəyan ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: