www.science.az
19.03.2018 10:55

AMEA-nın əməkdaşları üçün bayram yarmarkası təşkil olunub

AMEA-nın Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademiyanın əməkdaşları üçün bayram yarmarkası təşkil olunub.

Akademiya şəhərciyində təşkil olunan yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 20 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir.

Məhsulların bazar qiymətindən 30 faiz ucuz satıldığı yarmarkanın il ərzində mütəmadi keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.