Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunda Novruz bayramı qeyd olunub
19.03.2018 08:13
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Novruz bayramı qeyd olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Novruz adət-ənənələrindən danışan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu bayramın Azərbaycan xalqının milli birlik bayramı olduğunu qeyd edib. Bildirilib ki, bu gün ölkəmizdə əsası Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və sabit siyasət var.

İ.Həbibbəyli institutun əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Ədəbiyyat İnstitutunun folklor və yazılı abidələr şöbəsinin müdiri, professor Məhərrəm Qasımlı Novruz bayramının tarixi haqqında məruzə ilə çıxış edib.

Sonra Aşıqlar Birliyinin üzvləri - tanınmış aşıqlar Qələndər Zeynalov, Altay Məmmədli, Gözəl Kəlbəcərli və Sərdar Məmmədli bayram münasibətilə mahnılar oxuyublar.

Sonda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Novruz bayram münasibətilə çap edilən təqvimləri institut əməkdaşlarına təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: