www.science.az
09.04.2014 00:00

AMEA Botanika İnstitutunda rusiyalı alimin seminarı keçirilib

AMEA Botanika İnstitutunda Rusiya Elmlər Akademiyasının (REA) professoru Vladimir Vitalyeviç Volodinin “Xemotaksonomiya və molekulyar filogenetika metodlarının bitkilərin ehtiyatşünaslığında istifadə imkanları” mövzusunda elmi seminarı keçirilib.

Seminarı giriş sözü ilə institutun direktoru, professor Validə Əli-zadə açaraq institut ilə REA Ural Bölməsinin Komi Elmi Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində aparılan müştərək elmi-tədqiqat işlərindən və əldə olunan mühüm nəticələrdən söz açıb. O, həmçinin Azərbaycan alimləri tərəfindən müvafiq elmi sahələr üzrə əldə edilən son nailiyyətlər haqqında məlumat verib və bu kimi sahələrarası tədqiqatların birgə aparılmasının vacibliyini vurğulayıb.

Seminar professor V.V.Volodinin mövzu üzrə məruzəsi ilə davam edib. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə b.e.d. E.Novruzov, əməkdar elm xadimi, k.e.d. S.Sərkərov, b.ü.f.d. Ə.Məmmədov, b.ü.f.d. D.Ağayeva, b.ü.f.d. E.Əlirzayeva, b.ü.f.d. G.Balakişiyeva və digərləri sual və təkliflərlə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.