Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” kitabı çapdan çıxıb
14.03.2018 09:42
  • A-
  • A
  • A+

“Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” kitabı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və həmin institutun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun həmmüəllifi olduqları “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” adlı kitab işıq üzü görüb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan nəşrin elmi redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi məsləhətçisi isə Rusiya Milli Kitabxanasının Kitabxanalararası əlaqələr şöbəsinin müdiri, pedoqogika üzrə elmlər doktoru İrina Truşinadır.

Əsər ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin, kitabxanaçı etikasının formalaşması probleminə, onun tarixinə və inkişafına elmi-nəzəri və milli-mənəvi kontekstdən işıq salır, bu sahə üzrə hüquqi fəaliyyətin, kodeksləşdirmənin özünəməxsus xüsusiyyətlərini tədqiq edir.

Nəşrdə müəlliflər, həmçinin kitabxana əxlaqını kultroloji fenomen kimi öyrənib, “kitabxanaçılığın” iş və ya peşə olması ilə bağlı polemik fikirlərə münasibət bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: