www.science.az
10.04.2014 00:00

AMEA Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsindən azad olunub

AMEA Mərkəzi Nəbatat Bağının direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.