www.science.az
01.03.2018 11:00

Şəki Regional Elmi Mərkəzində Beynəlxalq Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) 1 mart - Beynəlxalq Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə ŞREM-in Mülki müdafiə ilə bağlı yeni istifadəyə verilmiş otağının açılışı baş tutub. Açılışda ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və Şəki şəhər Fövqəladə Hallar Komisiyasının sədr müavini Valeh Ələkbərov iştirak edib.

Daha sonra ŞREM-in Mülki Müdafiə Qərargah rəisi, b.ü.f.d. Qüdrət Bəkirov çıxış edərək Mülki Müdafiə Gününün yaranma tarixi və məqsədi haqqında, fövqəladə hal anlayışı, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə olunmağın yolları haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin müxtəlif təyinatlı xilasetmə avadanlıqları və fərdi mühafizə vasitələri nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.