www.science.az
01.03.2018 14:27

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları alman arxeoloqun diqqətini çəkib

Tanınmış alman arxeoloqu, professor Harld Hauptmann və xanımı Salva Hauptmann AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova qonaqlara elmi müəssisənin tarixi barədə məlumat verib. Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. Muzeyin binası Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub.

Daha sonra qonaqlar muzeyin ekspozisiyası və məşhur xeyriyyəçi H.Z.Tağıyevin xatirə muzeyi, həmçinin müəssisənin fond və bərpa laboratoriyasının iş təcrübəsi ilə tanış olublar.

Muzeydə qorunan arxeoloji madi-mədəniyyət nümunələri professor H.Haupmannın diqqətini xüsusilə cəlb edib. Alim muzeyin əməkdaşları ilə bu sahədəki təcrübələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.