Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Clarivate Analytics” Agentliyi tərəfindən AMEA-nın Gəncə Bölməsində seminar keçirilib
28.02.2018 15:31
  • A-
  • A
  • A+

“Clarivate Analytics” Agentliyi tərəfindən AMEA-nın Gəncə Bölməsində seminar keçirilib

AMEA-nın Gəncə Bölməsində “Clarivate Analytics” Agentliyi tərəfindən “Beynəlxalq jurnalların nəşrində əsas tələblər” adlı distant elmi seminar-təlim keçirilib.

Təlimdə bölmənin əməkdaşları ilə yanaşı, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Gəncə şəhərində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının gənc alim və mütəxəssisləri iştirak edib.

Seminarın keçirilməsində məqsəd beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması üçün tələblər, elmi məqalələrin strukturu, əsas elementləri, elmi istinad və onunla əlaqəli informasiya resursları ilə tanışlıq olub.

Təlim agentliyin mütəxəssisi Darya Buxtarova tərəfindən aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: