Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
28.02.2018 11:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik İsmayıl Hacıyev çıxışında bölmə əməkdaşlarının media ilə əlaqələrinin genişləndirilməsi, muxtar respublikanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların hazırlanması barəsində danışıb. Akademik elmi tədqiqat işlərində bununla əlaqədar fundamental tədqiqatların aparılmasının, Naxçıvan elminin əsas istiqamətlərindən biri kimi araşdırılmasının vacibliyindən bəhs edib.

Həmçinin İ.Hacıyev 6–8 iyul 2018-ci il tarixlərində keçiriləcək “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri ilə bağlı iştirakçılara məlumat verib. Akademik konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim edilməsi barədə tapşırıqlar verib.

Sonra bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayevanın “Naxçıvan Muxtar Respublikasının florasında yayılan bəzi geofit bitkilərinin faydalı xüsusiyyətləri” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi Naxçıvan florasında yayılan geofit bitkilərinin öyrənilmə tarixi, yayılması, faydalı xüsusiyyətləri və qorunması haqqında geniş məlumat verib. Bildirilib ki, son illərdə muxtar respublikada yayılan geofit bitkilərin konspekti hazırlanıb və geofitlərin floramızda 23 fəsilə və 53 cinsə aid 211 növünün olduğu müəyyən edilib. Z.Salayeva Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”ına 202 ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərin daxil edildiyini diqqətə çatdırıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: