www.science.az
27.02.2018 12:10

Milli Azərbaycan Tarixi Muzeyində “AXC-nin xarici siyasəti” mövzusunda tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyilə “Azərbaycanda Dövlət Gənclər siyasəti və AXC-nin xarici siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbir Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutub.

İclasda muzeyin elmi işçiləri - Əli Fərhadov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında”, t.ü.f.d. Bəhman Kərimov “Azərbaycanda gənclər siyasəti” və t.ü.f.d. Fuad Ağayev “AXC-nin xarici siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Daha sonra seminarda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin, həmçinin H.Mahmudbəyov adına Texniki-Humanitar Elmlər Liseyinin şagirdlərinin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.