www.science.az
27.02.2018 09:38

“Azərbaycan coğrafiya elminin inkişafında akademik B.Ə.Budaqovun rolu” adlı monoqrafiya işıq üzü görüb

Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyi münasibətilə AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Azərbaycan coğrafiya elminin inkişafında akademik B.Ə.Budaqovun rolu” adlı monoqrafiya  çapdan çıxıb.

Kitabın müəllifi institutun Təhsil şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Flora Məmmədova, redaktoru isə coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovdur.

Monoqrafiyada akademik B.Budaqovun elmi yaradıcılığının əsas istiqamətləri (geomorfologiya, landşaftşünaslıq, qlasiologiya, neotektonika, toponimika, ekologiya) geniş təhlil edilib, alimin ölkəmizdə elm və təhsilin inkişafındakı rolu ilk dəfə kompleks şəkildə araşdırılaraq sistemləşdirilib.

Nəşr Yer elmləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllim və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.