Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya Problemləri üzrə Elmi Şuranın iclası keçirilib
26.02.2018 12:25
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın iclası keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının cari ildə ilk iclası keçirilib.

Tədbirdə şuranın sədr müavini, akademik İradə Hüseynova çıxış edərək "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında" Nazirlər Kabinetinin 20 fevral 2018-ci il tarixli Qərarını iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, onların yerinə yetirilməsinin yekun nəticələrinə nəzarət edəcək, müxtəlif simpozium, konfrans, seminar və sessiyalar keçirəcək.

Daha sonra AMEA-da 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertantura, elmlər doktoru hazırlığı üzrə qiyabi doktorantura və dissentaturaya qəbulla bağlı dissertasiya mövzuları və akademiyadan kənar təşkilatlardan daxil olan mövzular müzakirə olunub.

Şuranın müzakirəsinə 16 elmlər, 22 fəlsəfə doktorluğu hazırlığı üzrə 48 mövzu təqdim olunub. Ümumilikdə 16 elmlər, 18 fəlsəfə doktoru işi müəyyən dəyişikliklər olunmaqla təsdiq edilib, 4 iş isə yenidən baxılıb müzakirə olunmaq üçün uyğun təşkilatlara qaytarılıb.

Müzakirələrdə akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - İbrahim Əzizov, Pənah Muradov, Xəlil Qasımov, biologiya üzrə elmlər doktorları - Səftər Süleymanov, Yaşar Feyziyev, Eldar Novruzov, Canbaxış Nəcəfov, Elman İsgəndər, Arif Mehdiyev, Şakir Qasımov, Elşad Əhmədov, f-r.e.ü.f.d. Elman Yusifov, b.ü.f.d. Ələmdar Məmmədov və b.ü.f.d. Pərvanə Qaraxani iştirak edib, mövzularla bağlı fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: