www.science.az
26.02.2018 16:38

AMEA-nın elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

AMEA-nın ƏdəbiyyatDilçilik, Elm Tarixi, Riyaziyyat və Mexanika, FəlsəfəFizikaBiofizika, Əlyazmalar, FolklorFiziologiya, Arxeologiya və EtnoqrafiyaTorpaqşünaslıq və Aqrokimya, Kataliz və Qeyri-üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar, Radiasiya Problemləri institutlarında, Milli Azərbaycan Ədəbiyyatı və Hüseyn Cavidin Ev muzeylərində, Şamaxı Astrofizika Rəsədxanasında, Respublika Seysmoloji Xidmət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbirləri keçirilib.

Tədbirlərdə qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırım törədilib. Bildirib ki, blokadaya alınan Xocalı şəhərinə artilleriya və ağır hərbi texnikadan atəş açılıb, şəhər yandırılıb, nəticədə 1275 sakin əsir və girov götürülüb, 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə məhv edilib.

Ulu öndər Heydər Əliyev tərəfindən 1 mart 1994-cü ildə Xocalı faciəsi ilə bağlı xüsusi Fərmanın imzalandığı, Milli Məclisin qərarı ilə isə 26 fevralın "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğu diqqətə çatdırılıb.

Bundan əlavə, son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlərdən danışılıb, “Xocalıya ədalət!” kampaniyasının önəminə toxunulub.

Eyni zamanda vurğulanıb ki, ordumuz soydaşlarımızın qisasını almağa və torpaqlarımızı düşməndən azad etməyə hər an qadirdir və 2016-cı ilin aprel döyüşləri bunun bariz nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.