www.science.az
23.02.2018 10:04

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 23 fevral 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı AMEA-da keçirilən toplantı, akademiyanın prezidenti, akademik Akif Əlizadənin doktoranturaya qəbul üzrə imtahan prosesi ilə tanışlığı, Naxçıvan Bölməsinin Rəyasət Heyətindəki hesabat iclası, Yüksək Texnologiyalar Parkının yeni istehsal komplekslərinin təməlqoyma mərasimi, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin YT Parkına ziyarəti, Ədəbiyyat İnstitutunda Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş, "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik" mövzusunda keçirilən elmi konfrans  və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Ana dilimizin saflığını qoruyaq", "Azərbaycana dair iki qətnamə", "Müstəqilliyimizin atributu", "Mənəvi varlığımız", "Hay ver mənə, cənab leytenant", "Dünya ictimaiyyəti bilməlidir" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Совместная научная сессия», «На благо развития науки», «Отчет Отделения общественных наук», «Регламент верный, академический», «Уроки баиловского оползня», «К влекущим берегам научных открытий», «Памятные даты», «Право на жизнь» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.