www.science.az
22.02.2018 09:45

Rusiyalı alim Fizika İnstitutunda təqdimatla çıxış edib

AMEA-nın Fizika İnstitutunda  “Müasir mənfi ion mənbələri” mövzusunda seminar keçirilib.

Tədbiri institutun İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru İlham Həsənov açaraq ion mənbələri sahəsində dünya şöhrətli mütəxəssis Vadim Dudnikovun təqdimatla çıxış edəcəyi barədə iştirakçılara məlumat verib. V.Dudnikov haqqında danışan İ.Həsənov bildirib ki, alim uzun müddət Rusiyanın Novosibrsk şəhərindəki Nüvə Fizikası İnstitutunda laboratoriya müdiri, həmçinin “Ümumi fizika” kafedrasının müdiri vəzifələrində çalışıb.

O, V.Dudnikov tərəfindən 1971-ci ildə irəli sürülən mənfi ion mənbələri işləmələrinin dünyanın müxtəlif laboratoriyalarında geniş tətbiq edildiyini diqqətə çatdırıb.

Daha sonra rusiyalı alimin məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.