Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“EaPConnect” layihəsinin “Tədqiqatını işıqlandır” müsabiqəsi keçirilir
22.02.2018 15:36
  • A-
  • A
  • A+

“EaPConnect” layihəsinin “Tədqiqatını işıqlandır” müsabiqəsi keçirilir

“EaPConnect” layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil şəbəkələrindən faydalanmaq imkanı verir.

Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun iştirakı ilə “EaPConnect” layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” (“Enligthen Your Research”) adlı müsabiqə keçirilir.

Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Bulud resurslarından və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.

Qalib gələn tədqiqatçılar 1 il müddətində yüksəksürətli İnternet şəbəkəsi, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ qazanacaq. Həmçinin qalib layihələr Moldovanın paytaxtı Kişinyov şəhərində “EaPConnect”in təşkilatçılığı ilə keçiriləcək “Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransı”nda (EAPEC 2018) iştirak edəcək və mükafatlandırılacaq.

Onlayn müraciət forması

Mühüm tarixlər:

Müraciət üçün son tarix – 16 mart 2018-ci il

Müsabiqənin ilkin mərhələsinin bildirişlərinin e-mail vasitəsilə göndərilməsi – 4 may 2018-ci il

Konsultasiya mərhələsi – may-iyun 2018-ci il

Layihənin təqdim oluması üçün son tarix – 3 İyul 2018-ci il

Qalib layihələrin elan olunması ­– 1 avqust 2018-ci il

EAPEC2017 konfransında mükafatlandırma mərasimi – Kişinyov, Moldova

Layihənin işinə başlanılması – dekabr 2018 - dekabr 2019-cu il

Əlaqə: iro@iit.science.az

“EaPConnect” layihəsi ilə bağlı əlavə məlumat: www.eapconnect.eu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: