www.science.az
22.02.2018 12:40

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) cari ildə ilk büro iclası keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Akademik bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış etdiyini xatırladıb və ötən il İEB-də görülən işlərin yüksək qiymətləndirildiyini deyib.

N.Axundova bölmə üzvlərinə cari ildə də elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi, kadr hazırlığı və nəşriyyat işlərinə dair müvafiq tapşırıqlar verib.

Sonra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirələr nəticəsində A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının tərkibində və Elm Tarixi İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Bundan əlavə, Elm Tarixi İnstitutunda Elmşünaslıq elmi nəzəri-praktiki jurnalın nəşr edilməsi haqqında qərar qəbul olunub.

İclasda, həmçinin akademik Ramiz Mehdiyevin 80 illik, akademiklər - Heydər Hüseynovun və Əlisöhbət Sumbatzadənin 110 illik yubileylərinin və AMEA-nın müxbir üzvü Qaraş Mədətovun 90 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.