www.science.az
22.02.2018 10:54

Naxçıvan Bölməsinin Elektron kitabxanasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil olunub

AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sərgi təşkil olunub.

Sərgidə “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı”, “Türkiye ve Azerbaycan açısından erməni sorunu”, “Erməni terroru”, “Türkün xocalı soyqırımı”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Qarabağ həqiqətləri”, “Dağlıq Qarabağ gerçəklikləri: soyqırımı terror deportasiya, işğal”, “Qarabağ harayı” və digər bu qəbildən olan türk, rus və ingilis dillərində nəşr edilən kitablar nümayiş olunur.

Öz faciəviliyinə, amansızlığına və qəddarlığına  görə dünyada analoqu olmayan Xocalı hadisəsini əks etdirən qəzet, jurnal və toplu materialları da tamaşaçıların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.