Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Telman Əliyev beynəlxalq Arktika sammitinin təşkilat komitəsinin üzvü seçilib
22.02.2018 09:27
  • A-
  • A
  • A+

Akademik Telman Əliyev beynəlxalq Arktika sammitinin təşkilat komitəsinin üzvü seçilib

Rusiyanın Sankt-Peterburq şəhərində “Arktika və şelf layihələri: perspektivlər, innovasiyalar və regionların inkişafı” mövzusunda beynəlxalq Arktika sammiti keçirilib. Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev sammitin təşkilat komitəsinin üzvü seçilib.

Sammitin işində Rusiyanın Dövlət Dumasının və nazirliklərinin nümayəndələri, Arktika regionlarının qubernatorları və aparıcı mütəxəssisləri iştirak ediblər.

Beynəlxalq sammitdə akademik Telman Əliyevin rəhbərliyi altında İdarəetmə Sistemləri İnstitutunun və Arktika Elmlər Akademiyasının birgə hazırladığı “Ekstremal şəraitdə fəaliyyət göstərən neft-qaz obyektlərində, qəzaların başlanğıc və inkişaf dinamikasının robast noise texnologiyaları və monitorinq sistemləri” mövzusunda təqdimat olub. Layihə sammitin nəticələri üzrə Arktika regionunda tətbiq üçün tövsiyə olunan layihələr siyahısına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: