Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib
21.02.2018 14:53
  • A-
  • A
  • A+

“Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib

Fevralın 21-də "Holiday Inn" otelində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirib.

Tədbirdə Milli Məclisin deputatları və komitə sədrləri, dövlət qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rəhbərləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə dünya ölkələrinin təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ barəsində məlumat verib, cəmiyyətdə tibb hüququ sahəsində məlumatların olduqca səthi xarakter daşıdığını və Azərbaycan Tibb Universitetində və digər universitetlərin hüquq fakültələrində həmin fənnin tədrisinə ciddi zərurətin olduğunu vurğulayıb.

A.Mustafayeva qeyd edib ki, rəhbərlik etdiyi müəssisə tərəfindən sözügedən fəaliyyət sahəsinin vacibliyi nəzərə alınaraq, hüquq elmində yeni sahə kimi “Tibb hüququ” dərsliyi çap edilib. Dərslikdə əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi ilə bağlı əsas müddüalar və qüvvədə olan səhiyyə qanunvericiliyinin normaları əks olunub.

Tədbirdə tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan sağlamlığın qorunması, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, Azərbaycan qanunvericiliyində və beynəlxalq  təcrübədə pasiyent hüquqları, tibb işçiləri və həkimlərin hüquqi statusu mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: