Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərdəkan Dendrarisinin Elmi şurasının növbəti iclası keçirilib

AMEA Mərdəkan Dendrarisinin Elmi şurasının növbəti iclası keçirilib

AMEA Mərdəkan Dendrarisinin Elmi şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan dendrarinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov gündəlikdəki məsələləri elmi şura üzvlərinin diqqətinə çatdırıb. Bakı Dövlət Universitetinin Biologiya fakültəsi ilə Mərdəkan Dendrarisi arasında birgə fəaliyyət göstərəcək elm və tədris mərkəzinin yaradılması haqqında anlaşma memorandumu haqqında məlumat verib.

Həmçinin, qeyd edib ki, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə “Bakı şəhər park və bağlarının yaşıllaşdırılması” üzrə 2014-2015-ci illərdə birgə işin aparılması məqsədi ilə müqavilənin imzalanması xüsusi əhəmiyyətə malikdir.

Sonda yaz-yay mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər və gündəlikdə yer alan digər məsələlər müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: