www.science.az
21.02.2018 10:16

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında Nazirlər Kabinetinin Qərarı

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılsın:

Şuranın sədri

Akif Əlizadə – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Şuranın sədr müavini

İbrahim Quliyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Şuranın üzvləri:

İsa Həbibbəyli  – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Dilqəm Tağıyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Arif Paşayev – akademik, Milli Aviasiya Akademiyasının rektoru

Rasim Əliquliyev – akademik, Milli Elmlər Akademiyasının akademik-katibi

Əhliman Əmiraslanov – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi

Abel Məhərrəmov – akademik, Bakı Dövlət Universitetinin rektoru

Urxan Ələkbərov – akademik, Dövlət İdarəçilik Akademiyasının rektoru

Nərgiz Paşayeva – akademik, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru

İsmayıl Hacıyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri

Fuad Əliyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri

Mustafa Babanlı – texnika üzrə elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

Heydər Piriyev – general-leytenant, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi

Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil İdarəsinin rəisi (məsul katib)

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri,

Bakı şəhəri, 20 fevral 2018-ci il