www.science.az
09.04.2014 00:00

Hüseyn Cavidin “İblis” pyesi Türkiyədə səhnəyə qoyulacaq

Türkiyənin İstanbul şəhər Bələdiyyə Teatrı növbəti mövsümdə H.Cavidin “İblis” pyesini səhnəyə qoymağı planlaşdırır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşəbbüsü ilə pyesin Türkiyədə səhnəyə qoyulması H.Cavid yaradıcılığını Türkiyədə, eləcə də beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır.

Hüseyn Cavidin külliyyatı bu yaxınlarda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilmiş və həmin kitabın H.Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.