Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı onlayn seminarlar keçiriləcək
20.02.2018 14:43
  • A-
  • A
  • A+

“Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı onlayn seminarlar keçiriləcək

Fevral ayının 19-dan 28-dək “Clarivate Analytics” şirkətinin “Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlar keçiriləcək.

Seminarlarda "Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm?", "Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir?", "Elmi məqalələrə olan tələblər hansılardır?", "Yırtıcı jurnallarda nəşr olunmaqdan necə qorunmaq olar?" və digər mövzularda müzakirələr aparılacaq.

Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarlarda qeydiyyatdan keçmək və ətraflı məlumat almaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Sonda iştirakçılar sertifikatla təmin olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: