www.science.az
20.02.2018 14:28

“Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsi çapa hazırlanır

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq.

İtaliyanın Vatikan kitabxanasında qorunan dastanın bu nüsxəsi XVI əsrin birinci yarısında üzü köçürülüb və bir müqəddimə, altı boydan ibarətdir. “Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək Azərbaycan oxucusuna təqdim ediləcək.

Abidəni transliterasiya edən, “Ön söz”, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru Folklor İnstitutunun şöbə müdiri, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.