Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Mobil cihazları hava vasitəsiylə yükləməyin yeni üsulu tapılıb
20.02.2018 09:43
  • A-
  • A
  • A+

Mobil cihazları hava vasitəsiylə yükləməyin yeni üsulu tapılıb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən atmosferdən elektrik enerjisi alan qurğu hazırlanıb.

mir24.tv saytının məlumatına görə, yeni qurğu hava temperaturunun gündəlik dəyişkənliyinə əsasən fəaliyyət göstərir. Qurğu grafen təbəqə ilə örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanıb. Cihazın bir tərəfi istilik yayır, digər tərəfi isə istiliyi özündə saxlayır. Belə temperatur dəyişkənliyi elektrik enerjisi istehsal etməyə imkan verir.

Alimlərin sözlərinə görə, bu termal rezonator ən yüksək istilik ətalətinə malikdir. Yaxın gələcəkdə mobil cihaz və smartfonları enerji ilə təmin etmək məqsədi ilə alimlər qurğunun gücünü artırmaq niyyətindədirlər. 

  • Paylaş: