Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Qazaxıstan Respublikası Milli Muzeyi ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
19.02.2018 11:01
  • A-
  • A
  • A+

Qazaxıstan Respublikası Milli Muzeyi ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Qazaxıstan Respublikası Milli Muzeyinin direktor müavini Abay Karimtayeviç Satubaldinin başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqlara rəhbərlik etdiyi müəssisənin tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair çoxlu sayda eksponat toplanıb.

Xüsusi olaraq qonaqların diqqətınə çatdırılıb ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub.

Görüşdə ölkələrimizin muzeyləri arasında əlaqələr, səyyar sərgilərin təşkili ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, türkdilli xalqların tarixindən, muzey işindən, mədəni irsin mühafizəsi problemlərindən söz açılıb. Həmçinin iki qurum arasında əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: