Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir
19.02.2018 09:49
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir

AMEA-nın Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir. Dərslərdə Sumqayıt şəhərinin və “Smart” kursunun şagirdləri iştirak ediblər.

Məktəblilərin böyük maraqla qatıldıqları dərslərdə əvvəlcə onlara mikroskopdan istifadə qaydaları barədə məlumat verilib.

Sonra şagirdlər maraq göstərdikləri müxtəlif obyektlərə mikroskop altında baxıblar. Belə ki, müxtəlif növ parazitlərin quruluşlarına, suda yaşayan və gözlə görünməyən canlılara, həşəratlara, müxtəlif bitkilərin yarpaqlarının, çiçəklərinin hissələrinə, gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər, və s. məmulatlara baxan məktəblilər onların quruluş formalarındakı fərqlilikləri müəyyənləşdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: