www.science.az
09.04.2014 00:00

AMEA Gəncə Bölməsinin əməkdaşı İsveçrədə keçirilən konfransda iştirak edəcək

27 aprel – 3 may tarixlərdə AMEA Gəncə Bölməsinin doktorantı Elnur Həsənov İsveçrənin Sürix və Bern şəhərlərində keçiriləcək ümumdünya beynəlxalq elmi konfransında ölkəmizi Antropologiya, etnoqrafiya elmləri üzrə təmsil edə biləcək.

Avropa Təbiət Tarixi Elmlər Akademiyasının dəstəyi, Almaniyanın Beynəlxalq Təbiətşünaslıq Nəşriyyatı və Rusiya Təbiətşünaslıq Akademiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın bir çox görkəmli alimlərinin iştirakı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.