www.science.az
16.02.2018 13:04

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Müsabiqə muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçi və baş elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel: (+994 12) 492 61 37

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.