Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru hazırlığı üçün ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirilib
16.02.2018 11:08
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru hazırlığı üçün ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 1 iddiaçı iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun elmi katibi Mədinə Səidova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: