Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Gövhər Baxşəliyeva: "AMEA-da elmin liberallaşdırılması istiqamətində tədbirlər görülməlidir"
15.02.2018 15:04
  • A-
  • A
  • A+

Akademik Gövhər Baxşəliyeva: "AMEA-da elmin liberallaşdırılması istiqamətində tədbirlər görülməlidir"

AMEA Rəyasət Heyətinin növbəti iclasında Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edib. Alim bu gün dünya elmində liberallaşma prosesinin vüsət aldığını bildirərək, akademiyada da bu istiqamətdə kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda AMEA-da hər bir institut və təşkilatın qarşısına elmin kommersiyalaşdırılması ilə bağlı vəzifələr qoyulmuşdur. Bu da hər bir alim və tədqiqatçının əməyinin yüksək səviyyədə qiymətləndirilməsi və stimullaşdırılmasına təkan verəcək.

G.Baxşəliyeva AMEA-da fəaliyyət göstərən alimlərin fəlsəfə və elmlər doktorluğu üzrə diplomlarının YUNESKO-ya daxil olan bütün ölkələr tərəfindən tanındığını bildirib. Həmçinin vurğulayıb ki, AMEA-da xarici vətəndaşların da elmi tədqiqatlar aparmaları üçün şərait yaradılmalı, Azərbaycan elminin dünya elminə inteqrasiyası sürətlənməlidir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: