Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elmin populyarlaşdırılması sahəsində fəaliyyətə görə mükafatın sahibləri məlum olub
14.02.2018 17:47
  • A-
  • A
  • A+

Elmin populyarlaşdırılması sahəsində fəaliyyətə görə mükafatın sahibləri məlum olub

Azərbaycan Milli Elmlər Akademiyasında elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub.

AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən növbəti iclasında elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətlə bağlı müsabiqənin təşkil olunduğunu xatırladan AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən ümumilikdə 22 işin təqdim edildiyini bildirərək artıq yekun qiymətləndirmənin sona çatdığını söyləyib. 

Rəyasət Heyətinin qərarına əsasən elmi bilik və nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun Elmi texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov mükafata layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: