Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin elektron katoloqu yaradılıb
14.02.2018 11:17
  • A-
  • A
  • A+

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin elektron katoloqu yaradılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Qara Qarayevin elektron katoloqu yaradılıb.

Bəstəkarın 100 illik yubileyi çərçivəsində ona aid bütün sənədlər elektron kataloqa daxil edilib, rəqəmsallaşdırılıb və elektron formatda oxucuların istifadəsinə verilib.

Belə ki, Q.Qarayevin bütün not əsərləri, haqqında yazılmış “Qara Qarayev və Azərbaycan xalq musiqisi (lad-intonasiya və formayaradıcı xüsusiyyətlərin tədqiqi)”, “Çingiz Aytmatov: Mən Manas oğluyam”, “Azərbaycan bəstəkarlarının orkestr əsərlərində fortepianonun tembr-akustik xüsusiyyətləri”, “Qara Qarayev həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, “Q.Qarayevin əsərlərindən fleyta və fortepiano üçün işləmələr”, “Üzeyir Hacıbəyli və Qara Qarayevin yaradıcılığında aşıq musiqisinin təzahür xüsusiyyətləri” və digər kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Qara Qarayevə aid rəqəmsal baza M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına da hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: