Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə qonağa bu müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Görüşdə torpaqşünaslıq, aqrokimya və meliorasiya sahəsində birgə elmi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zərurid