Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək
09.02.2018 17:15
  • A-
  • A
  • A+

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək

Martın 7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Milli Konservatoriya və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Ölkəmizdə 2009-cu ildən başlayaraq keçirilən festival bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Festivalın açılış konserti martın 7-də Heydər Əliyev Sarayında baş tutacaq. Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Açılış konsertinə, həmçinin bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından uzun illərdir səslənməyən ariya da daxil edilib.

Simpoziumun rəsmi açılışı AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olacaq, daha sonra tədbir iki gün Gəncədə davam edəcək. Bundan əlavə, proqrama Ü.Hacıbəylinin “Koroğlu” operası, Marionet Teatrının “Leyli və Məcnun”, Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar bəstəkarın “Yeddi gözəl” baletinin tamaşaları da daxil edilib. Bəstəkarın yubileyi ilə əlaqədar festival çərçivəsində məruzələr təqdim ediləcək. “Muğam sənətində azərbaycançılıq məfkurəsi” və “Qara Qarayevin əsərlərində muğamın təcəssümü və izləri” əsas mövzular olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: