Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan musiqi tarixi” kitabının III cildi işıq üzü görüb
08.02.2018 15:02
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi” kitabının III cildi işıq üzü görüb

“Elm” nəşriyyatında çapdan çıxmış “Azərbaycan musiqi tarixi” kitabının III cildi oxucuların ixtiyarına verilib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan kitab bu müəssisəsinin şöbə müdiri, görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, akademik Zemfira Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə çap edilib.

Çoxillik kollektiv araşdırmasının məhsulu olan nəşrin bu cildi XX əsrin 40-cı illərindən respublikamızın müstəqillik illərinə qədərki dövrünü əha­tə edir. Kitabın giriş hissəsində bu mürəkkəb və ma­raqlı dövrün ümumi səciyyəsi verilir, musiqimizdə opera, balet, sim­­foniya, musiqili komediya və digər janrların yaranması və inkişafı gös­tərilir.

Cildin hər fəslində Azərbaycanın bu dövrünün musiqi həyatı, dahi Üze­yir Hacıbəylinin yaratdığı zəngin musiqi məktəbinin yetirməsi olan bəs­tə­kar­la­rı­n həyat və yaradıcılığının təhlili və tədqiqi verilir.

Kitabda, həmçinin nadir fo­to­lar və not nümunələri də təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: