Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi Azərbaycan Arıçılar Asossiasiyası ilə əməkdaşlıq edəcək
07.02.2018 09:40
  • A-
  • A
  • A+

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi Azərbaycan Arıçılar Asossiasiyası ilə əməkdaşlıq edəcək

3-4 fevral tarixlərində Bakıda Arıçıların IV Beynəlxalq Konfransı keçirilib.

Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə, Ukrayna, Rusiya və Gürcüstandan olan nümayəndələr, yerli mütəxəssislər, eləcə də AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin əməkdaşları iştirak ediblər.

Konfransda ekoloji təmiz kənd təsərrüfatı, ekoloji arıçılıq, keçid şərtləri və qaydaları barədə məlumat verilib, standartlar və sertifikatlaşdırma mövzularına dair müzakirələr aparılıb.

Tədbir çərçivəsində Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Azərbaycan Arıçılar Asossiasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Bu sənəd AMEA-nın dayaq məntəqələrində, həmçinin bütövlükdə ölkədə arıçılığın inkişafına töhfə verəcək, ekoloji arıçılığa keçidi stimullaşdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: